"Bu, mənim son gecəm olacaq" - O, 28 iyunda öləcək
18
iyn
2019
10:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Amiotrofik lateral sklerozdan əziyyət çəkən niderlandlı futbolçu Fernando Riksen iyunun 28-də öləcək.BAKU.WS xəbər verir ki, Riksen həmin tarixdə evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanının öz razılığı ilə həyatdan məhrum edilməsidir) ediləcək.Bir neçə ildir şiddətli ağrılardan əziyyət çəkən Fernando artıq müstəqil şəkildə hərəkət edə və danışa bilmir.Riksen evtanaziya ediləcəyi gün canlı yayım edərək hər kəslə vidalaşacağını deyib: "28 iyun mənim üçün xüsusi gündür. Bu, mənim son gecəm olacaq. Gəlin bu gecəni unudulmaz edək."Qeyd edək ki, Hollandiya millisinin keçmiş üzvü olan Riksen "Fortuna Sittard", "AZ Alkmaar", "Qlazqo Reyncers" və "Zenit" klublarında oynayıb.Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
SOS! Azərbaycanda xərçəng xəstələrinin sayı durmadan artır - STATİSTİKA
Azərbaycanda onkoloji xəstələrin ümumi sayında artım var.BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, 2017-ci ildə Müalicə-profilaktika müəssisələrində qeydiy...