Bu il Şuşa, Laçın, Zəngilan və Ağdərədə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək

Bu prezident seçkilərində öncəki seçkilərlə müqayisədə xaricdə səs verən vətəndaşlarımızın sayı iki dəfə çox oldu.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Məzahir Pənahov deyib ki, bu, MSK və Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı nəticəsində mümkün olub: “Bu, bizim üçün tarixi seçki idi. Çünki birinci dəfə beynəlxalq səviyyədə ölkənin tanınan bütün ərazilərində keçirilirdi”.
MSK sədri qeyd edib ki, bu il Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzulidə azad edilmiş ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək: “Həmin vaxta qədər də o yerlərə yenə insanlar köçürüləcək. Bizim üçün əsas məsələ seçki komissiyalarının bu prosesə hazır olmasıdır”.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...
