Bu il Kərkicahan qəsəbəsinə ilk köç olacaq - RƏSMİ
Bu il Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşündə məlumat verilib.
Komitə sədri dövlət başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurda effektiv qayıdışı ilə əlaqədar verdiyi tapşırıqların icra vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Qəbulda iştirak edən sakinlər doğma yurda qayıtmağa hazır olduğunu bildirib.
Oxşar xəbərlər
“Ağdamda hər kəs öz evini istədiyi kimi tikə bilməyəcək” - İcraçı direktorla MÜSAHİBƏ + FOTO
Azərbaycan 44 gün davam edən Vətən müharibəsi nəticəsində öz doğma torpaqlarına qovuşdu və 30 illik həsrət sona çatdı. Torpaqlarımız işğaldan azad ediləndən son...