Bu icra aparatında Vətən müharibəsi qazisinə vəzifə verildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöl rayon İcra Hakimiyyətində II Qarabağ müharibəsi iştirakçısına vəzifə verilib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, Göygöl rayon İcra Hakimiyyəti başçısının Dozular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə yeni kadr təyinatı olub.
Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini Turani Əliyevin müvafiq əmrinə əsasən, Vətən müharibəsinin iştirakçısı 1992-ci il təvəllüdlü Mirzəliyev İslam Məsim oğlu Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Dozular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...