Bu gün qəhrəman şəhidimizin 21 yaşı tamam olur - FOTO

Bu gün qəhrəman şəhidimizin 21 yaşı tamam olur - FOTO
Foto
Siyasət 148

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbədə, düşmənin məhv edilməsində və ərazilərimizin işğaldan azad olunmasında aktiv iştirak edən hərbçilərimizdən biri də Əzizov Əziz Məmmədvəli oğludur.

BAKU.WS xəbər verir ki, bu gün 21 yaşı tamam olan qəhrəmanımız Şuşa şəhəri istiqamətində gedən döyüşlər zamanı şəhadət məqamına yüksəlib.

Əzizov Əziz Məmmədvəli oğlu 01.03.2000-ci ildə Şəki şəhərinin Qayabaşı kənədində anadan olub. Orta təhsilini Qayabaşı kəndindəki orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2019-cu ilin oktyabrında hərbi xidmətini başa vurub və 2020-ci il sentyabr ayının 29-u Səfərbərlik İdarəsi tərəfindən əmisi oğlu ilə eyni gündə Qarabağ uğrunda döyüşlərə qatılıb.

Şəhid Əziz Cəbrayıl, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdə iştirak edib və noyabr ayının 5-i Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Əzizov Əziz Məmmədvəli oğlu “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Son xəbərlər