Bu ailə üzvlərini hamı "Yadplanetli" adlandırır - FOTO
Dominikan Respublikasında yaşayan ailə üzvləri elmə bəlli olmayan xəstəlikdən əziyyət çəkir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ətrafdakı qonşuları və tanışları onları xarici görünüşlərinə görə "Yadplanetlilər" adlandırıılar.
Ailədə 13 bacı-qardaşdan beşi böyük gözlərə və üçbucaq simaya malikdir. Elm adamları hazırda onlarda baş verən bu qəribə dəyişikliyin səbəbini araşdırırlar.
Ailə üvləri xarici görünüşlərinə görə hər yerdə ələ salındıqlarını və bunun onların psixologiyasına mənfi təsir etdiyini açıqlayıblar.
Qəribə üzə sahib ailə üzvləri bu səbəbdən baş ağırısı, nəfəs darlığı kimi narahatedici problemlər yaşayırlar.
Onlar simalarında olan problemə görə iş yerlərində də qəbul ola bilmirlər. Həkimlərin bəziləri ailənin Şir üzü sindromu olaraq adlandırılan leontiyaz xəstəliyindən əziyyət çəkdiyini ehtimal edirlər. Bu isə dünyada sadəcə 40 adamda rast gəlinən xəstəlikdir.
Qalereya
Oxşar xəbərlər
Narahatedici vəziyyət: Bu virus ilk dəfə bir insanda tapıldı
Böyük Britaniyada donuzlarda rast gəlinən "A(H1N2)v" növlü influenza virusu ilk dəfə bir insanda aşkarlanıb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu...