Brüssel sammiti Azərbaycana nə qazandıracaq? - Ekspert şərhi
13
may
2019
16:18
Xəbər verdiyimiz kimi, bu gün Brüsseldə “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin sammiti başlayır.BAKU.WS xəbər verir ki, sammitdə Azərbaycanla bağlı tarixi sənədlərin qəbul ediləcəyi, həmçinin sənədlərdə ölkəmizin ərazi bütövlüyünün erməni işğalçı qüvvələri tərəfindən pozulmasının yer alacağı gözlənilir.Politoloq Elçin Mirzəbəyli BAKU.WS-ə açıqlamasında bildirib ki, “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin forumunda ayrıca olaraq Dağlıq Qarabağla bağlı dinləmələr salınıb:“Bundan öncəki forumlarda belə dinləmələr olmadığı üçün indiki forumu müəyyən qədər müsbət addım hesab etmək olar. Lakin, “Şərq tərəfdaşlığı” proqramı Avropa Parlamenti ilə proqrama daxil olan ölkələrin əməkdaşlığını nəzərdə tutan layihə olduğu üçün bu forumda siyasi qərarların verilməsi nəzərdə tutulmayıb”.Ekspert hesab edir ki, bütün hallarda proseslər diskussiya şəklində həyata keçiriləcək:“Prosesdə iştirak edəcək ermənistanlı deputatların məsələ ilə bağlı mövqeyinin hansı müstəvidə olacağın indidən də müəyyənləşdirmək də olar. Çünki əksəriyyəti “Mənim Addımım” fraksiyasını təmsil etdiyinə görə, onlar da çox güman ki, Paşinyanın təkrarladığı fikirlərin eynisini ortaya qoyacaqlar.Prinsip etibarilə indiki şəraitdə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı hər hansı bir fundamental irəliləyişin baş verəcəyini gözləmirəm”.Bu məqamda qeyd edək ki, Paşinyan dəfələrlə çıxışında münaqişənin Dağlıq Qarabağın statusunun müəyyənləşdirilmədən həll edilməsinin mümkünsüz olduğunu dilə gətirib.Qeyd edək ki, mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs haqda Bişkek protokolunun imzalanmasının 25 ili tamam oldu. 1994-cü ildə imzalanmış bu saziş artıq qanuni olaraq qüvvədən düşmüş hesab edilsə də, Brüssel sammitindən sonra münaqişənin həlli istiqamətində yeni mərhələnin başlanacağı gözlənilir.Fərid Ədalət
Oxşar xəbərlər
Rəsmi Bakının gözü Brüsseldə: Qarabağ üçün mühüm danışıqlar başlayır
Bu gün - mayın 13-də Brüsseldə Avropa Birliyinin (AB) 2009-cu ildə əsası qoyulmuş “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin yubiley sammiti başlayır.BAKU.WS...