Ceykob Rotşild 87 yaşında vəfat edib

Ceykob Rotşild 87 yaşında vəfat edib
Siyasət 189

Britaniyalı investisiya bankiri Ceykob Rotşild 87 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə “İndependent” qəzeti onun ailəsinin bəyanatına istinadən məlumat yayıb.

Maliyyəçinin ölüm səbəbi göstərilmir. O, yəhudi adətlərinə uyğun dəfn olunacaq, daha sonra məzarı başında xatirə abidəsi qoyulacaq.

Ceykob Rotşild 29 aprel 1936-cı ildə Britaniyanın Berkşir şəhərində anadan olub.

O, əmək fəaliyyətinə 1963-cü ildə ailə bankında başlayıb. 1980-ci illərdə qohumları ilə münaqişə səbəbindən istefa verib və nəticədə xalis aktiv dəyəri ilə London Fond Birjasında ən böyük fondlardan birinə çevrilən "Rothschild Investment Trust" (indiki RIT Capital Partners plc) investisiya fonduna nəzarət edib.

2002-ci ildə Rotşild mərhum Britaniya kraliçası II Yelizaveta tərəfindən "Xidmətlərə görə" ordeni ilə təltif edilib. 2020-ci ildə o, son onilliklər ərzində şuranın üzvü olduğu Kornuol Hersoqluğuna Xidmətə görə Kral Viktoriya Ordeninin komandiri təyin edilib. Oksford, London, Exeter, Kiele, Nyukasl və Uorvik Universitetlərinin fəxri fərmanlarına layiq görülüb.

Son xəbərlər