Britaniya Rusiya və Belarus idmançılarının Olimpiadaya buraxılmasını istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Endi Enson Rusiya və Belarus idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına icazə verməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
“Biz Olimpiadada neytral idmançıların iştirakını dəstəkləyirik. İstəmirik ki, idmançılar dünyada baş verən münaqişələrə görə daim cəzalandırılsınlar. Ona görə də milli assosiasiya olaraq onların yarışa buraxılmasını dəstəkləyirik”, - E.Enson deyib.
Xatırladaq ki, bu il martın 28-də Beynəlxalq Olimpiya Komitəsi rusiyalı və belarus idmançıların neytral idmançı kimi beynəlxalq yarışlarda iştirakına icazə verilməsi ilə bağlı tövsiyə verib.
Oxşar xəbərlər
İran olimpiadadan kənarlaşdırıla bilər
İran idmançıları Paris-2024 Yay Olimpiya Oyunlarından kənarlaşdırıla bilər. “Report” “Azad İran”a istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) b...