Britaniya mediası İlham Əliyevin regionda yaratdığı yeni reallıqlardan yazdı
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə qeyd olunub ki, Böyük Britaniyanın nüfuzlu mətbu orqanlarından biri - "The Telegraph" qəzetində Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda sülh və normallaşma prosesində əldə olunan tarixi nailiyyətlərdən bəhs edən məqalə dərc olunub.
Məqalədə Azərbaycanın Londondakı səfiri Elin Süleymanov uzun illər davam etmiş Azərbaycan-Ermənistan münaqişəsinin artıq başa çatdığını və proseslərin yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Bundan başqa, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk "MK.RU" nəşrinə açıqlamasında Moskva və Bakının enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldiyini qeyd edib.
Onun sözlərinə görə, hər iki ölkə üçün prioritet istiqamətlər enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələrinin genişləndirilməsidir.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Hikmət Hacıyev "AnewZ"un Şəki barədə hazırladığı filmi paylaşıb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında "AnewZ" telekanalının...