Britaniya kralı ölkəyə qayıdan oğlu ilə görüşməkdən imtina etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya kralı III Çarlz ölkəyə səfərə gələcək kiçik oğlu şahzadə Harri ilə görüşməyəcək.
Bu barədə Bukingem sarayındakı mənbələrə istinadən məlumat yayılıb.
Bildirilib ki, kralın gündəliyində oğlunu görmək üçün vaxtı yoxdur.
Bununla yanaşı, şahzadə Uilyam da gələn həftə Böyük Britaniyaya səfər edəcək kiçik qardaşı ilə görüşməyi planlaşdırmır.
Xatırladaq ki, şahzadə Harri atasını sonuncu dəfə 2023-cü ilin mayında III Çarlzın tacqoyma mərasimində görüb. Harri Böyük Britaniyada 28 saat keçirib və mərasimdən dərhal sonra ABŞ-yə - həyat yoldaşı Meqan və uşaqlarının yanına qayıdıb.//oxu.az
Oxşar xəbərlər
Şahzadə Harri qardaşı Uilyamın ona hücumundan danışıb: "Qab kürəyimdə çatladı" - FOTO
Şahzadə Harri öz xatirələrində qardaşı, Britaniya taxt-tacının varisi, şahzadə Uilyamla dava etməsindən danışıb. BAKU.WS-in məlumatına görə, "The Guardian" nəşr...