Britaniya kəşfiyyatı: "Rus qoşunlarının yenidən dislokasiyası ən azı bir həftə çəkəcək"
Yeniliklərdən dərhal xəbərdar olun
Şimalda Rusiya qüvvələri Ukraynadan tam olaraq Belarus və Rusiyaya tərəf çəkilib. Bu qüvvələrin ən azı bir hissəsi Donbasda döyüşmək üçün Şərqi Ukraynaya yenidən dislokasiya ediləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında bildirilib.
Məlumata əsasən, bu qüvvələrin bir çoxunun şərqə yerləşdirilmə prosesindən əvvəl əhəmiyyətli gücləndirilməsinə ehtiyacı olacaq və şimaldan kütləvi yerdəyişmə ən azı bir həftə çəkəcək.
Rusiyanın şərq və cənubdakı şəhərləri atəşə tutması davam edir və Rusiya qüvvələri onların nəzarətində qalan strateji İzyum şəhərindən cənuba doğru irəliləyib.
Ukrayna Baş Qərargahının verdiyi məlumata görə, ruslar Ukraynada döyüşmək üçün Belarus ərazisində "könüllülər" toplayırlar.
Oxşar xəbərlər
Yerli satqınların köməyi ilə Rusiya Ukrayna şəhərini ələ keçirdi
Rusiya ordusu bu gün Ukraynanın Xarkov vilayətinin İzyum şəhəri üzərində nəzarəti ələ keçiriblər. Şəhər yerli satqınların hərəkətləri işğalçılar tərəfindən tam...