BQXK rəhbəri: “HƏMAS girovluğunda olanlarla görüş üçün əlimizdən gələni edirik”
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) radikal HƏMAS hərəkatının girov götürdüyü şəxslərlə görüş üçün əlindən gələni edir.
“Report” xəbər verir ki, bunu BQXK-nın prezidenti Miryana Spolyariç deyib.
Onun sözlərinə görə, girovların saxlanması beynəlxalq humanitar hüquqla qadağandır. “Biz onların buraxılması üçün təzyiqləri davam etdiririk”, - M.Spolyariç Cenevrədə verdiyi bəyanatda bildirib.
O, komitənin təkbaşına bunu edə bilməyəcəyini vurğulayıb. Komitə rəhbərinin sözlərinə görə, BQXK-ya bu işi təhlükəsiz həyata keçirməyə imkan verəcək razılaşmalar əldə edilməlidir, humanitar təşkilat girovlar arasında uşaqların, qocaların, əlillərin və digər həssas insanların olmasından çox narahatdır.
BQXK-nın məlumatına görə, noyabrın 14-də M.Spolyariç komitənin qərargahında girovların ailələri, İsrailin xarici işlər və səhiyyə nazirləri ilə görüşəcək.
Oxşar xəbərlər
"HƏMAS"ın girovluqdan azad etdiyi YAŞLI QADINLARIN GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO
Fələstinin "HƏMAS" qruplaşmasının yaraqlı qanadı olan İzzəddin əl-Qəssam Tuğaylarının ötən gün girovluqdan azad etdiyi iki nəfərin görüntüsü yayılıb. BAKU.WS x...