BQXK-nın prezidenti Qarabağda cəsədlərin axtarışı ilə bağlı çətinliklərdən DANIŞDI

BQXK-nın prezidenti Qarabağda cəsədlərin axtarışı ilə bağlı çətinliklərdən DANIŞDI
Siyasət 1223

"Dağlıq Qarabağın münaqişə bölgəsində cəsədlərin axtarışı və şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə işlərə ən qısa zamanda başlamaq lazımdır. Əks təqdirdə mənfi nəticələr mümkündür".

BAKU.WS xəbər verir ki, bunu RBK-ya müsahibəsi zamanı BQXK-nın prezidenti Peter Maurer bildirib.

Onun sözlərinə görə, BQXK Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki missiyasının tərkibini əhəmiyyətli dərəcədə artıracaq:

"Artıq büdcənin artırılması ilə bağlı qərar verilib. Müharibədən əvvəl bölgədəki missiyamızın büdcəsi 10 milyon İsveçrə frankı (təqribən 11 milyon dollar) idisə, gələn il 45 milyon İsveçrə frankı (49,4 milyon dollar) olacaq. Yəni varlığımızı dörd dəfə artıracağıq. Orada çox az adamımız var idi. İndi bölgəyə əlavə 400-500 nəfər göndərməyi planlaşdırırıq”.

BQXK-nın prezidenti Qarabağda cəsədlərin axtarışı ilə bağlı çətinliklərdən DANIŞDI

Peter Maurer qeyd edib ki, BQXK missiyası işçilərinin vəzifəsi münaqişənin hər tərəfindən zərər çəkmişlərə kömək etməkdir: "Təcili vəzifələrdən biri də qurbanların cəsədlərinin axtarışı və şəxsiyyətinin müəyyənləşdirilməsidir. Çətinlik təmas xəttində, döyüşlərin getdiyi cəbhə xəttindədir. Orada minalar var və cəsəd tapmaq çox çətindir. BQXK-nın bu işi maksimum ləyaqətlə həyata keçirməsi, cəsədi müəyyənləşdirmək və qohumlarına təhvil vermək üçün protokollar mövcuddur.

BQXK-nın prezidenti vurğulayıb ki, bu işin təxirə salınması xoşagəlməz nəticələrə gətirib çıxara bilər: “Torpaq çirklənməsi ola bilər. Qış başlamazdan əvvəl cəsədlər tapılmadıqda şəxsiyyəti müəyyənləşdirmək çətin ola bilər. Çünki qalıqların çürüməsinin qış dövründə başlayacağı ehtimalı var. Keçmiş təcrübədən bilirik ki, tez bir şəkildə hərəkət etməsək, itkin düşən insanlarla bağlı gələcək müzakirələri çətinləşdirəcəyik".

Son xəbərlər