BQXK-nın müşayiəti ilə erməniəsilli şəxslərin Xankəndi-Gorus istiqamətində keçidinə şərait yaradılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Laçın dövlət sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 nəqliyyat vasitəsi ilə 28 nəfərin keçidi olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu şəxslərdən 5 nəfəri BQXK üzvü, 9 nəfəri sürücü, 7 nəfəri xəstə, 6 nəfəri müşayiətçi, 1 nəfəri isə tibb işçisi olub.
Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərməklə yanaşı, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
Oxşar xəbərlər
“Laçın” SBM-dən erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib - YENİLƏNİB + FOTO
Bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində (SBM) erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub. BAKU.WS report-...