BQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı AÇIQLAMA

BQXK-dən I Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı AÇIQLAMA
Siyasət 37

"Münaqişə ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistanda baş çəkdiyi Azərbaycan əsilli saxlanılan şəxs yoxdur".

BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu komitənin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda tərəflərdə Birinci Qarabağ müharibəsi zamanı saxlanılan şəxs yoxdur: "Lakin 2020-ci ildə baş verən münaqişə zəmində saxlanılan erməni əsilli şəxslər var, onlara da başçəkmələr davam edir. Həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfində 90-ci illərdən itkin düşən şəxslərin sağ qalmaları və qarşı tərəfdə saxlanılması ilə bağlı iddialar var. Lakin hər iki tərəfdə rəsmi şəkildə bəyan edib ki, onlarda 90-ci illərdə saxlanılan şəxslər yoxdur".

Son xəbərlər