BQXK Azərbaycan vətəndaşının Ermənistana keçməsinə dair məlumatları araşdırır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan vətəndaşının Ermənistana keçməsinə dair yayılan xəbərlərlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) aidiyyətli qurumlarla əlaqə saxlayır.
Bu barədə BAKU.WS-ə BQXK-nın Bakı ofisindən bildirilib.
Qeyd olunub ki, münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmək, onlarla rəftarı və onların saxlanma şəraitini monitorinq etmək, həmçinin bu şəxslərə ailə əlaqələrini bərpa etmək üçün şərait yaratmaq, neytral humanitar təşkilat olan BQXK-nın mandatına aiddir.
Xatırladaq ki, Ermənistan mətbuatı 26 yaşlı Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumat yayıb.
“ru.armeniasputnik.am” saytı yazıb ki, həmin şəxs Ermənistanın Azərbaycanla həmsərhəd Qeqarkunik vilayətinin Arequni kəndində bu gün səhər tutulub.
O, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti baş verənlərlə bağlı hələlik açıqlama yaymayıb.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumatlarla bağlı araşdırma aparır.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib - TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibə ve...