"Böyük iyirmilik" ölkələrinin liderləri bəyannaməni qəbul etdilər
Yeniliklərdən dərhal xəbərdar olun
"Böyük iyirmilik" (G20) ölkələrinin liderləri Yohannesburqda keçirilən sammitdə onun sədri, Cənubi Afrika Respublikasının (CAR)Prezidenti Siril Ramaposanın gözlənilməz təşəbbüsündən sonra birgə bəyannamə qəbul ediblər. CAR prezidenti bəyannaməni sammitin sonunda deyil, əvvəlində qəbul etmək təklifi ilə tədbirin gedişatını tamamilə dəyişib.
Bu barədə məlumatı TASS CAR nümayəndə heyətinin üzvünə istinadla yayıb.
"Ramaposanın manevri tamamilə uğurlu oldu, sədr sammitin işinə lazımi aydınlıq gətirdi, hərçənd bəziləri bunu gözləmirdi. Ramaposanın arqumentinə görə, sammitin gedişatını və nəticələrini yalnız onun iştirakçıları müəyyən edə bilərlər və etməlidirlər".
CAR prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqvenya sammitin qeyri-rəsmi görüşlərində bildirib ki, ikigünlük fəaliyyətin nəticəsi olacaq bu sənəd artıq təsdiqlənib.
"Bəyannamə yekdilliklə qəbul edilib", - deyə o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...