"Böyük Ermənistan" məsələsi ilə bağlı ŞOK İDDİA: Türkiyə gizli məqamları açıqladı
12
okt
2017
11:54
Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblər üçün X sinif “Ümumi tarix” (“Всеобщая история”) dərsliyi ilə bağlı yaranmış qalmaqal Türkiyə mətbuatında da geniş müzakirəyə səbəb olub. BAKU.WS-in məlumatına görə, Türkiyənin tanınmış “Sözcü” qəzeti Azərbaycan və qardaş ölkədə geniş müzakirələrə səbəb olan xəritənin pərdəarxası məqamları işıqlandırmağa çalışıb. Dərsliyin paraqraflarından birində eramızdan əvvəl 95-55-ci illəri əhatə edən dövr barədə məlumat verilir. Qəzet yazır ki, kitabda o dövrdə olduğu bildirilən Mets Hayk (Böyük Ermənistan) ölkəsinin xəritəsi də dərc edilib. “Sözcü” qəzeti etibarlı mənbələrdən əldə etdiyi məlumata istinadən xəbər verir ki, 10-cu sinif dərsliyi Rusiya Federasiyası tərəfindən sifariş verilib və hazırlanıb. Mənbə qəzetə deyib ki, Azərbaycanın Təhsil Nazirliyi bu məsələnin aydınlaşdırılması üçün araşdırmalar aparır. Dərslikdə xəritənin Türkiyədə də müzakirələrə yol açmasının səbəbi şagirdlər üçün hazırlanan kitabda yer alan xəritənin üzərində Ermənistan yazılan bölgənin bugünkü Azərbaycan, İran, Gürcüstan və Türkiyənin torpaqlarını əhatə etməsidir.
Belə ki, Qədim Roma imperiyasının xəritə toponimləri dərslikdə düzgün təsvir olunmayıb. Bu xəritədə yanlış olaraq uydurma “Böyük Ermənistan”ın ərazisinin təsvir olunması böyük əksəriyyəti hiddətləndirib. Təhsil Nazirliyi bildirib ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki qüsur baş verib. Aşkarlanmış səhv dərsliyi çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılandan sonra onu yenidən nəşr edərək, məktəb kitabxanalarına təhvil veriblər. Qeyd edək ki, qalmaqallı dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. BAKU.WS
Oxşar xəbərlər
Qalmaqallı dərsliyin müəllifi: "Kütlənin etirazına görə tarixi faktları aşkar çatdıra bilmirik" (VİDEO)
Təhsil üzrə ekspert Kamran Əsədov canlı yayımda dərslik qalmaqalına bir daha aydınlıq gətirməyə çalışıb. BAKU.WS-in məlumatına görə, Kamran Əsədov bizimyol.info...