Bolqarıstanın sabiq prezidenti: “Azərbaycanın inkişafı ilə bağlı planlar heyranlıq doğurur”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın bir neçə illik inkişaf planları var və bu planlar heyranlıq doğurur”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev IX Qlobal Bakı Forumunun başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.
"İrəliləmək üçün müəyyən inkişaf planına malik olmaq lazımdır və Azərbaycanın belə bir planı var. Bu plana bərpa olunan enerji mənbələrindən istifadə də daxildir", - o deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropaya tədarükün artırılması imkanları ilə bağlı digər ölkələrlə inteqrasiya edir.
Plevneliyev Ukraynadakı vəziyyətə də toxunaraq bildirib ki, bu müharibəyə son qoymağın yalnız 1 yolu var və bu yol dayanıqlı sülh müqaviləsinin imzalanmasıdır. O qeyd edib ki, forum çərçivəsində bir araya gələnlər bu prosesə necə töhfə verə biləcəklərini müzakirə edəcəklər.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...