Bolqarıstan rusiyalı diplomatları ölkədən çıxarır
24
yan
2020
22:32
Bolqarıstanın hakimiyyət orqanları casusluqda ittiham olunan iki Rusiya diplomatını arzuolunmaz şəxs elan edib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, Rusiyanın bu ölkədəki səfiri Xarici işlər Nazirliyinə çağırılıb və ona bu barədə nota təqdim olunub. Arzuolunmaz şəxs elan edilənlər səfirliyin diplomatı və ticarət nümayəndəliyinin əməkdaşıdır.
Rusiyanın Bolqarıstandakı səfirliyinin məlumatına görə, diplomatların onların statusu ilə bir araya sığmayan fəaliyyəti haqqında heç bir dəlil-sübut təqdim edilməyib.
Oxşar xəbərlər
Rusiya Bolqarıstan diplomatını deportasiya etdi
Bolqarıstanın Moskvadakı səfirliyində çalışan bir diplomat deportasiya edilib. BAKU.WS TRT-yə istinadən xəbər verir ki, Rusiya XİN-in açıqlamasında oktyabrda Bo...