Bolqarıstan Prezidenti: COP29-un keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq
Yeniliklərdən dərhal xəbərdar olun
Bolqarıstan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsində Azərbaycana dəstək verməyə hazırdır.
BAKU.WS xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
“Mən Prezidenti 7 ildən artıqdır ki, tanıyıram. Xüsusi vurğulamaq lazımdır ki, onun cəsarətli qərarları nəticəsində Azərbaycan dinamik şəkildə inkişaf edir və bu məsələdə “yaşıl enerji”nin inkişafı mühüm rol oynayır”, - Bolqarıstan lideri vurğulayıb.
O, COP29-un Azərbaycanda keçirilməsi məsələsinə də toxunub: “Biz buna çox şadıq və onun keçirilməsinə dəstək verməyə hazırıq”.
Onun sözlərinə görə, Azərbaycanın Cənubi Qafqaz regionunda lider kimi rolu davam edəcək.
Prezident qeyd edib ki, Bolqarıstan ətraf mühitin mühafizəsi sahəsində təşəbbüslər irəli sürür.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...