BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclası çağırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya, ABŞ, Fransa, Albaniya, İrlandiya və Norveç Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəliyinin “Twitter” hesabında dərc olunan məlumatında deyilir.
Məlumata görə, BMT Təhlükəsizlik Şurasının Ukraynadakı humanitar vəziyyətə dair iclası martın 17-də Nyu-York vaxtı ilə günün ikinci yarısına planlaşdırılıb.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb. BMT-nin qaçqınların işi üzrə Ali komissarı Filippo Qrandi müharibənin başladığı gündən bu yana 5 milyondan çox ukraynalının öz evini tərk etmək məcburiyyətində qaldığını bildirib.
Oxşar xəbərlər
Bir həftə ərzində Ukraynanı 1 milyon insan tərk edib - FOTO
Son 7 gün ərzində Ukraynadan qonşu ölkələrə gedən sakinlərin sayı 1 milyon nəfər təşkil edib. BAKU.WS-in məlumatına görə, bu barədə BMT-nin qaçqınlar üzrə ali k...