BMT rəsmisi: “Azərbaycan diplomatlarının sülhün təşviqinə töhfəsi hamı üçün çox vacibdir”
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan diplomatlarının dialoqun, sülhün təşviqinə verdiyi həyati töhfə hamı üçün çox vacibdir.
"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tviter hesabında yazıb.
“Azərbaycanın diplomatik xidmət Günü münasibəti ilə Xarici İşlər Nazirliyinin fədakar əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm.
Çoxtərəfliliyin, dialoqun, sülhün və əməkdaşlığın təşviqinə verdiyiniz həyati töhfə hamı üçün daha parlaq və firavan gələcək qurmaq naminə çox vacibdir”, - Vladanka Andreyeva qeyd edib.
Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...