BMT nüvə münaqişəsi ideyasını ağlasığmaz hesab edir
BMT hətta nüvə münaqişəsinin mümkünlüyü fikrini də ağlasığmaz hesab edir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
"Nüvə münaqişəsi ideyasının özü sadəcə ağlasığmazdır", - Dujarrik vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə deyib ki, NATO-nun aparıcı ölkələrinin yüksək səviyyəli rəsmiləri də Rusiyaya qarşı aqressiv bəyanatlara yol verirlər. O, bununla əlaqədar Rusiya ordusunun mühafizə qüvvələrini xüsusi döyüş növbətçiliyinə keçirməyi əmr edib.
Oxşar xəbərlər
Bu ölkə rus arağına qadağa qoydu
Dünya dövlətlərinin Rusiyaya qarşı sanksiyaları davam etməkdədir. BAKU.WS "Yeni sabah"a istinadən xəbər verir ki, Kanada bununla bağlı maraqlı qadağa tətbiq edi...