"BlitzMetrics" rəhbəri: Heç bir prezident mətbuata bu qədər səmimi dəstək verməyib
3-cü Şuşa Qlobal Media Forumunda iştirak edən "BlitzMetrics" rəqəmsal marketinq şirkətinin baş icraçı direktoru Dennis Yu tədbirlə bağlı "Instagram" hesabında paylaşım edib.
BAKU.WS "Report"a istinadən həmin paylaşımı təqdim edir:
"Zati-aliləri, Azərbaycan Prezidenti ilə görüşmək şərəfinə nail oldum. Qlobal media nümayəndəsi kimi, bir çox beynəlxalq tədbirlərdə iştirak etmişəm, lakin heç vaxt bir dövlət başçısının mətbuata və rəqəmsal innovasiyalara bu qədər nəzakətli və səmimi dəstək verməsini görməmişdim.
Şuşa təkcə gözəl şəhər deyil, həm də bu həftə qlobal medianın ürəyinin döyündüyü yerdir. Qonaqpərvərliyə və vizyona görə təşəkkür edirəm, Azərbaycan!"
Qeyd edək ki, Dennis Yunun təsis etdiyi "BlitzMetrics" rəqəmsal marketinq şirkətinin müştəriləri sırasında dünyaca məşhur basketbol klubu "Golden State Warriors", "Nike" idman brendi və "Rosetta Stone" proqram təminatçısı var.
Oxşar xəbərlər
Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü il...