“Biz fəaliyyətimizi Şuşada davam etdirməliyik” - QHT sədri
Yeniliklərdən dərhal xəbərdar olun
“Rayonlarımız, şəhərlərimiz bərpa olunduqca, biz fəaliyyətimizi burada, yeni böyük şəhərlərdə davam etdirməliyik”.
Bunu “Report”a “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə bildirib.
O qeyd edib ki, artıq Şuşaya ikinci səfəridir, yalnız keçirdiyi hisslər eyni qalıb:
“Avtobusda qalxa-qalxa deyirdim ki, “Can, siz buraları necə qalxmısınız ? Siz buranı necə fəth etmisiniz , necə almısınız ? Bütün şəhidlərin qarşısında baş əyirəm. Bizə bu sevinci, bu xoşbəxtliyi yaşatdıqlarına görə təşəkkür edirəm.
Hərbçilərimiz olmasa, bizə bu xoşbəxtliyi heç kim nəsib edə bilməzdi. Mən bundan qürur duyuram və düşünürəm ki, bu rayonlarımız, şəhərlərimiz bərpa olunduqca, biz fəaliyyətimizi burada, yeni böyük şəhərlərdə davam etdirməliyik ”, - Kəmalə Ağazadə deyib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub. B...