Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Faiq Qasımov torpaqlarımız yağı düşməndən azad olunana qədər hərbi formanı əynindən çıxarmayacağına and içmişdi.
Onun qardaşı isə Birinci Qarabağ müharibəsində igidliyi ilə seçilən Həsən Qorxmazdır. Həsən Qorxmaz “Qorxmazçılar” tağımı ilə birlikdə bir neçə dəfə Birinci Qarabağ müharibəsində Azərbaycan əsgərini mühasirədən çıxarıb. O da son nəfəsinə qədər Vətən uğrunda vuruşub və şəhid olub.
Faiq Qasımovun digər dörd qardaşı da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və qəhrəmanlıq göstərib.
Azərbaycan Televiziyası Faiq Qasımovun evindən reportaj hazırlayıb.
Həmin süjeti təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev müalicə olunan hərbçilər önündə çıxış edib - YENİLƏNİB - VİDEO
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Klini...