Bir qrup Şuşa sakininin Şuşa şəhərinə səfəri təşkil olunub - FOTO

Bir qrup Şuşa sakininin Şuşa şəhərinə səfəri təşkil olunub - FOTO
Foto
Siyasət 346

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaşlı nəslin nümayəndələrindən, Qarabağ qazilərindən, ziyalılardan ibarət bir qrup Şuşa sakininin doğma şəhərlərinə səfərini təşkil edir.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, sakinlər Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edəcəklər. Səfərin sonunda sakinlər öz evlərini də ziyarət etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, Şuşalıların ilk səfəri 19 avqust tarixində baş tutub və 50 nəfər sakin 29 illik ayrılıqdan sonra öz doğma şəhərlərini görmək imkanı qazanıblar.

Son xəbərlər