Bir neçə dövlətin hakim partiya üzvləri Xankəndiyə səfər ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşada keçirilən "Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçıları bu gün Xankəndi şəhərinə səfər edib.
BAKU.WS xəbər verir ki, qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qarşılayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, konfrans iştirakçıları Zəfər meydanından şəhərin ümumi mənzərəsini seyr ediblər. Onlara Zəfər muzeyi haqqında qısa məlumat verilib. Qonaqlar Xankəndi şəhərində gedən bərpa-quruculuq və yenidənqurma işləri ilə tanış olublar. Daha sonra Qarabağ Universiteti ziyarət olunub.
Xatırladaq ki, Şuşada keçirilən konfransda bir sıra ölkələrin hakim partiyalarının rəhbərləri iştirak edirlər.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...