Binəli Yıldırım Nikol Paşinyana ÇAĞIRIŞ ETDİ
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün sülh müqaviləsi təklifini irəli sürür. Ermənistan bunu düzgün dəyərləndirməlidir”.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumunun panel müzakirələrində deyib.
O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan təkcə vədlə kifayətlənməli deyil, o, praktiki işlər görməlidir.
“Ermənistan sülh üçün iradə nümayiş etdirsə, Türkiyə də onunla münasibətləri normallaşdıracaq. Biz qarşılıqlı anlayış zəminində Cənubi Qafqazın potensialını birlikdə inkişaf etdirməliyik”, - deyə B.Yıldırım əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak etdi - TAM MƏTN
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan son...