"Bild": Zelenski və Zalujnı arasında Baxmutla bağlı fikir ayrılığı var
Ukrayna Prezidenti Volodimir Zelenski və Silahlı Qüvvələrin Komandanı Valeri Zalujnı arasında Baxmut ətrafındakı vəziyyətlə bağlı fikir ayrılığı yaranıb.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Bild" nəşri öz mənbələrinə istinadən yazıb.
"Bild" Ukraynanın siyasi rəhbərliyindəki bir neçə mənbədən öyrənib ki, bir neçə həftə əvvəl Zalujnı taktiki səbəblərə görə Baxmutdan geri çəkilməyi tövsiyə edib.
Ukrayna hakimiyyətindən nəşrə bildirilib ki, onlar Baxmutun saxlanılmasını davam etdirmək qərarını düzgün hesab edirlər.
Adı açıqlanmayan ukraynalı hərbi analitik nəşrlə söhbətində Ukrayna Silahlı Qüvvələrinin Zalujnının mövqeyini dəstəklədiyini deyib.
Ekspert onu da əlavə edib ki, hərbçilərin əksəriyyəti ukraynalı əsgərlər mühasirəyə alınıbsa, şəhəri saxlamağa davam etməyin lazımsız olduğunu düşünür.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...