Türkiyədə möcüzə - Beşinci mərtəbədən yıxılan uşağın burnu belə qanamadı - FOTO
25
iyl
2024
15:46
Türkiyədə uşaq 5-ci mərtəbədən yıxılsa da burnu belə qanamayıb.
BAKU.WS xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, azyaşlı uşaq yaşayış binasının 5-ci mərtəbəsinin eyvanından müvazinətini itirərək yerə yıxılıb.
Kivi ağacının üstünə düşən uşaq birbaşa yerə düşmədiyi üçün ağır xəsarət almayıb.
Kivi ağacları arasında qalan uşaq, əraziyə çağırılan xilasetmə qrupları tərəfindən çıxarılaraq 112 Təcili Xidmət qruplarına təhvil verilib.
Qəzadan sağ çıxan 8 yaşlı uşaq daha sonra Yalova Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Uşağın səhhətinin yaxşı olduğu öyrənilib.
Oxşar xəbərlər
Kivi yeməyin daha bir faydası - 4 GÜN ƏRZİNDƏ...
Elm adamlarının apardığı araşdırmalar zamanı kivinin psixi pozğunluğu aradan qaldırdığı və ruh halını yaxşılaşdırdığı məlum olub. BAKU.WS xəbər verir ki, buna...