"Hörümçək adam" filmindən təsirlənən uşaq özünü 5-ci mərtəbədən atdı - Burnu belə qanamadı - FOTO/VİDEO

Hörümçək adam filmindən təsirlənən uşaq özünü 5-ci mərtəbədən atdı - Burnu belə qanamadı - FOTO/VİDEO
Video
Siyasət 410

Türkiyənin İstanbul şəhərində 5-ci mərtəbədəki evlərinin pəncərəsindən yıxılan uşaq möcüzə nəticəsində sağ qalıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Arnavutköy rayonunda baş verib.

Belə ki, 5 yaşlı Berzan Qorxmaz mobil telefonu ilə izlədiyi videolardakı "Hörümçək adam" obrazını təqlid edərək özünü 5-ci mərtəbədən atıb.

Məlumata görə, Berzan nənəsi ilə birgə yaşayır və onun yıxıldığını 3 yaşlı qardaşı Miran mətbəxdə yemək bişirən nənəsinə bildirib.

Həkimlərin müayinəsi zamanı uşağın üzərində yalnız kiçik sıyrıqların və əziklərin olduğu məlum olub. Berzan xəstəxanada 2 gün müşahidə altında saxlanıldıqdan sonra evə buraxılıb.

Son xəbərlər