Bələdiyyə sədri barəsində cinayət işi başlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Saatlıda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Saatlı rayonu Qıraqlı kənd bələdiyyəsinin sədri Qafarov Muxtar Rövşən oğlu külli miqdarda mənimsəmədə təqsirləndirilir.
Onunla birgə cinayət işi üzrə Mirnicat Həşimov da təqsirləndirilən şəxs qismində cəlb edilib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Təqsirləndirilən şəxslər barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nizami Quliyevin icraatında araşdırlacaq.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...