Bayram Beqay Şəhidlər xiyabanını ziyarət edib

07
iyl
2023
17:42
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay iyulun 7-də Şəhidlər xiyabanını ziyarət edib.
BAKU.WS xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Şəhidlərin əziz xatirəsini ehtiramla yad edən Prezident Bayram Beqay “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Albaniya Prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...
