"Bayraktar TB3" "ASELFLIR-500" ilə ilk dəfə havaya qalxdı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Baykar" tərəfindən hazırlanmış "Bayraktar TB3" pilotsuz uçuş aparatı Türkiyə ASELSAN tərəfindən hazırlanmış yerli Elektro-Optik sistem "ASELFLIR-500" ilə ilk uçuş sınağını müvəffəqiyyətlə tamamlayıb.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, "Bayraktar TB3" PUA-sı, Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində keçirilən Orta Hündürlük Sisteminin Tanıma və Performans Testində ilk dəfə olaraq "ASELFLIR-500" ilə uçub.
Sınaq çərçivəsində dünyadakı ekvivalentləri ilə müqayisədə ən yüksək göstəricilərə malik olan "ASELFLİR-500" Elektrik-Optik kəşfiyyat, müşahidə və hədəf təyinetmə sisteminin inteqrasiyası uğurla həyata keçirilib.
PUA "ASELFLIR-500" ilə 6 saat uçuş həyata keçirdiyi 25-ci uçuş sınağını uğurla başa vurub.
Sınaq zamanı təlim uçuşu edən Bayraktar AKINCI TİHA-nı "ASELFLİR-500" də izləyib.
Oxşar xəbərlər
"Akıncı" havaya qalxdı: "Çakır" qanadlı raketi ilk atışla hədəfi dəqiq vurdu - FOTO/VİDEO
Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən "Akıncı" layihəsi çərçivəsində Baykar tərəfindən milli və yerli olaraq inkişaf etdirilən P...