Baydenin oğlu silah saxlamaq ittihamı üzrə günahkar bilinib

11
iyn
2024
21:12
Andlı iclasçılar heyəti ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanterin silah saxlaması ilə bağlı iş üzrə ittiham hökmü çıxarıb.
“Report” xəbər verir ki, bu barədə “Fox News” teleşirkəti məlumat yayıb.
Məlumata görə, Hanter Bayden hər üç ittiham üzrə təqsirli bilinib və onu 25 ilə qədər həbs və 750 min dollara qədər cərimə gözləyir.
Bu, ABŞ tarixində postda olan prezidentin oğlunun cinayətdə təqsirli bilinməsinə dair ilk haldır. Teleşirkət qeyd edir ki, kiçik Bayden ilk dəfə cinayət törətmiş şəxs kimi maksimum cəzadan çox az cəza alacaq.
Oxşar xəbərlər
Ağ Ev Baydenin ailəsi ilə bağlı sənədləri Konqresə verməkdən boyun qaçırır
Amerikalı qanunvericilər ABŞ prezidenti Cozef Baydenə qarşı impiçment prosesinin başlanması ilə bağlı hələ qərar qəbul etməyiblər. “Report” xəbər verir ki, bu a...
