Bayden Kraliça II Elizabetin dəfni üçün Londona gedib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Cozef Bayden Kraliça II Elizabetin dəfn mərasimində iştirak etmək üçün Böyük Britaniyanın paytaxtına gedib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, siyasətçini Londonun hava limanında ABŞ səfiri Ceyn Hartli qarşılayıb.
Bayden Londona səfəri zamanı Kraliça II Elizabetin vəfatı ilə bağlı rəsmi başsağlığı kitabını imzalayacaq və Kral III Karlın ev sahibliyi ilə Bukingem sarayında keçiriləcək ziyafətdə iştirak edəcək.
Bundan başqa, ABŞ prezidenti birinci xanım Cil Baydenlə birlikdə Kraliçanın Vestminster abbatlığında dəfn mərasimində iştirak edəcək.
Oxşar xəbərlər
Fəxri qarovul üzvü II Elizabetin tabutunun yanında huşunu itirdi - ANBAAN VİDEO
Ötən gün Vestminster sarayında II Elizabetlə vidalaşma mərasimində gözlənilməz hadisə baş verib. BAKU.WS xəbər verir ki, mərasim zamanı Britaniya Kral Qvardiya...