Baş Prokurorluq: Əsirlərlə bağlı yayılan saxta görüntülər araşdırılır

Baş Prokurorluq: Əsirlərlə bağlı yayılan saxta görüntülər araşdırılır
Siyasət 850

Bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən “İnfoteka24” və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı qanunsuz davranışlarını əks etdirən videogörüntülər yayılıb.

BAKU.WS Baş Prokurorluğa istinadən xəbər verir ki, ilkin əlamətlərə görə həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb: “Hazırda bununla bağlı tərəfimizdən araşdırma aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Son xəbərlər