Baş katib: "Avropa Şurası Azərbaycanla Ermənistan arasında danışıqların bərpası üçün əlindən gələni etməyə hazırdır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Avropa Şurası Azərbaycan və Ermənistan arasında danışıqların bərpası və qarşılıqlı inamın yaradılması üçün əlindən gələni etməyə hazırdır".
"Report"un yerli bürosu xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Maria Peyçinoviç-Buriç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında süh yalnız iki ölkə liderinin danışıqları nəticəsində əldə oluna bilər: "Biz bu günədək iki ölkə arasında qarşılıqlı inam və dialoqun yaradılmasına səy göstərmişik. Bir neçə həftə bundan əvvəl yüksək səviyyəli nümayəndə heyətimiz Azərbaycanda səfərdə olub. Yaxın günlərdə nümayəndə heyətimiz Ermənistana da səfər edəcək. Lakin ən əhəmiyyətlisi iki ölkə arasında danışıqların bərpa olunmasıdır. Hər iki dövlətin lideri bir araya gəlib öz aralarında sülhə nail olmalıdırlar".
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...