Baş ağrısı şikayəti ilə getdiyi xəstəxanada həyatının son 30 ilini unutdu - FOTO

Baş ağrısı şikayəti ilə getdiyi xəstəxanada həyatının son 30 ilini unutdu - FOTO
Siyasət 7

ABŞ-nin Luiziana ştatında qəribə hadisə yaşanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı Kim Denicola şiddətli baş ağrısı və bulanıq görmə şikayəti ilə həkimə gedib.

Xəstəxanada anidən yatan Kim, oyandıqda həyatının şokunu yaşayıb.

Belə ki, o həyatının son 30 ilini unudub və xatırlamayıb. Qadına "Amnezi" xəstəliyi diaqnozu qoyulub.

Baş ağrısı şikayəti ilə getdiyi xəstəxanada həyatının son 30 ilini unutdu - FOTO

Evli və iki uşağı olduğunu xatırlamayan Denicola ölkə rəhbərliyinin neçə dəfə dəyişməsindən belə xəbərsizdir. Kim ondan "Bu gün nə olduğunu bilirsən, hansı ildəsən?" deyə sual verən tib bacısına "Bəli, 1980-ci ildə" cavabını verib.

"İndi smart televizorlar, planşetlər var. Mənim xatırladığım televiziya bir qutu idi və kanalı dəyişdirmək üçün televiziya düymələrini basmalı idik" -deyə qadın bildirib.

Həkimlər onun bu hala düşməsinin səbəbinin müəyyənləşdirə bilməyiblər. Onlar Kimin hələ uzun müddət yaddaşının qayıtmacağını ehtimal edirlər.

Baş ağrısı şikayəti ilə getdiyi xəstəxanada həyatının son 30 ilini unutdu - FOTO

Son xəbərlər