Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı - YENİ QƏRAR
Yeniliklərdən dərhal xəbərdar olun
"Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"yə dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, bundan sonra sürücülük vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.
Sürücülük vəsiqəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin vəsiqənin təqdim edilməsinə bərabər tutulacaq.
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...