Baş nazir Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb

Baş nazir Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb
Foto
Siyasət 27

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 12-də bp şirkətinin yeni baş icraçı direktoru Meq O`Nilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

BAKU.WS xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan ilə bp arasında mövcud olan uzunmüddətli və səmərəli tərəfdaşlığın uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər.

Qarşılıqlı faydalı əməkdaşlığın M.O`Nilin fəaliyyəti dövründə daha da genişlənəcəyinə və yeni layihələrlə zənginləşəcəyinə ümidvarlıq ifadə olunub.

bp-nin Azərbaycanda həyata keçirdiyi layihələrin ölkənin enerji sektorunun inkişafında rolu vurğulanıb, əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Baş nazir Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşüb

Son xəbərlər