Baş həkim öz istəyi ilə İŞDƏN ÇIXARILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi vəzifəsindən azad olunub.
BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim, Rusiya Uşaq Cərrahları assosiasiyasının üzvi Op.Dr. Gündüz Ağayev öz ərizəsi ilə işdən azad edilib.
Məlumat Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsindən təsdiqlənib. Bu qərar onun şəxsi müraciəti əsasında rəsmiləşdirilib.
Qeyd edək ki, Gündüz Ağayev uzun illər K.Fərəcova adına ET Pediatriya İnstitutunda Erkən yaşlı uşaqların Cərrahiyyə şöbəsinin müdiri və Respublikanın Baş Uşaq Cərrahı işləyib.
Oxşar xəbərlər
Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır
Qara dəniz və Xəzər dənizi arasında etibarlı əlaqələr ticarət və enerji resurslarının hərəkəti üçün yeni imkanlar açır. BAKU.WS "Report"a istinadən xəbər verir...