“Barış Pınarı” əməliyyatı nə vaxt bitəcək? - Ərdoğan açıqladı
16
okt
2019
15:01
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin iclasında Suriyada keçirilən “Barış Pınarı” adlı antiterror əməliyyatından danışıb.BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan PKK/YPG terrorçularına silahlarını yerə qoymağı və “təhlükəsizlik zolağı”nı tərk etməyi təklif edib.O deyib ki, terrorçular bölgəni tərk edəndə əməliyyat da bitəcək:“Dünyanı qarşımıza almaq bahasına olsa belə millətimizin qürurunu, izzətini yerə salmayacağıq. Son nəfəsimizə qədər, gücümüzün son taqətinə qədər bu yoldan dönməyəcəyik. Bu günə qədər 1220 kv.km ərazini terrorçulardan təmizləmişik. Terrorçularla danışıqlar masası araxasına oturmayacağıq. Suriyada bütün təbəqələri təmsil edən bir hökumət qurulanda təhlükəsizliyini təmin etdiyimiz əraziləri onlara təhvil edəcəyik. Biz sadəcə inşa edərik, amma zülm etmərik”.Qeyd edək ki, Türkiyə 2012-ci ildən etibarən Suriya ilə sərhəddə təhlükəsiz zonası yaratmaq istəsə də, geridə qalan 7 ildə buna nail ola bilməyib. 9 oktyabrdan etibarən Türkiyə ordusu sərhədi keçərək əməliyyata hazırlaşmağa başlayıb.Türkiyə Cerablus-İraq sərhədi arasındakı sərhəd xəttində 35-40 kilometr dərinlikdə “təhlükəsizlik zolağı” yaratmaq niyyətindədir. Burada 1 milyon qaçqının yerləşdirilməsi üçün 10 qəsəbə və 5 min kəndin salınması nəzərdə tutulub. Bu qəsəbələrin hər birində 30 min, kəndlərin hər birində isə 5 min nəfər yerləşdiriləcək. Layihənin ümumi dəyəri isə 26 milyard dollardır.Fərid ƏDALƏT
Oxşar xəbərlər
Türkiyə ordusunun 1 həftədə məhv etdiyi terrorçu sayı açıqlandı
Türkiyə Milli Müdafiə Nazirliyi Suriyanın şimalında keçirilən “Barış Pınarı” adlı antiterror əməliyyatı ilə bağlı son məlumatı açıqlayıb.BAKU.WS “Anadolu” agent...