Avstraliyada qəribə hadisə

Avstraliyada qəribə hadisə
Siyasət 258

Avstraliyadan olan bir balıqçı balina ilə qarşılaşdıqdan sonra çətinliklə sağ qalıb.

BAKU.WS xəbər verir ki, bu barədə “The Independent” yazıb.

Kvinslenddən olan 40 yaşlı kişi dənizdə balıq tutarkən qəfildən qayığının qarşısında balina peyda olub. Suya çıxan kimi balina qayıqla toqquşub. Heyvan quyruğunu yelləyərkən balıqçının üzünə dəyib. Kişi huşunu itirib, lakin dənizə yıxılmayıb.

Onunla birlikdə qayıqda olan balıqçının dostu xilasetmə xidmətinə zəng edib. Qayıq sahilə çıxarılıb, zərərçəkən isə xəstəxanaya yerləşdirilib. O, üzündən və kürəyindən ciddi xəsarətlər alıb. Vəziyyəti stabilləşib, lakin balinanın onu necə “sillə vurduğunu” xatırlamır.

Qeyd edək ki, insanlar hadisəni inanılmaz və "çox nadir" adlandırıblar.

Son xəbərlər