BAKU TV Ukraynada həmyerlilərimizin səsvermə prosesində iştirakı haqda xəbər verir - VİDEO
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar Ukraynadakı həmyerlilərimiz səsvermə prosesində fəal iştirak edir.
BAKU TV paytaxt Kiyevdəki diplomatik korpusda təşkil edilmiş səsvermə prosesi ilə bağlı reportajlar təqdim edib.
Ukraynada 600 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır.
Seçicilər Xarkov, Odessa, Lvov, Sumı, Poltava və digər vilayətlərdən səs verirlər.
Qeyd edək ki, xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edir.
Oxşar xəbərlər
BAKU TV Türkiyədə səsvermə prosesindən son durumu təqdim edir - VİDEO
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar Türkiyədəki həmyerlilərimiz səsvermə prosesində fəal iştirak edir. BAKU TV Türkiyəki diplo...