Bakıdan İrəvana praktik sülh jesti: Yük tranzitinə dair məhdudiyyətin götürülməsi nə vəd edir?

Bakıdan İrəvana praktik sülh jesti: Yük tranzitinə dair məhdudiyyətin götürülməsi nə vəd edir?
Siyasət 58

"Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb".

Bu sözləri Azərbaycan Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə birgə mətbuat açıqlamasında deyib.

Dövlətimizin başçısı vurğulayıb: "Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".

Bəs, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırılması regional proseslər üçün hansı perspektivlər vəd edir?

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Müşfiq Cəfərov bildirib ki, Ermənistan uzun illər apardığı işğalçılıq siyasəti nəticəsində regional kommunikasiya və tranzit dəhlizlərindən kənarda qalmışdı:

Bakıdan İrəvana praktik sülh jesti: Yük tranzitinə dair məhdudiyyətin götürülməsi nə vəd edir?

"İndi yeni marşrut bu ölkəyə həm Avropa, həm də Asiya bazarlarına birbaşa çıxış imkanı verəcək. Bu, mövcud ticarət yollarının Ermənistanın da üzünə açılması deməkdir və Ermənistanın yalnız Gürcüstan və Rusiya vasitəsilə dünyaya bağlanmaq məcburiyyətini aradan qaldıracaq".

"Digər mühüm məqam, ticarət və ixrac imkanlarının genişlənməsidir. Xüsusilə kənd təsərrüfatı, ağır və yüngül sənaye məhsulları üçün Azərbaycan, Türkiyə, Avropa və Orta Asiya bazarlarına ucuz çıxış asanlaşacaq. Nəqliyyat xərclərinin azalması məhsulların rəqabət qabiliyyətini artıra və ixrac potensialını gücləndirəcək", - deyə deputat vurğulayıb.

O əlavə edib ki, açıq kommunikasiya xətləri Ermənistanı regionda qapalı iqtisadiyyatdan tranzit ölkəyə çevirə bilər:

"Bu isə logistika, anbar, nəqliyyat xidmətləri və hətta turizm sahəsinə yeni xarici investisiyaların gəlməsi üçün də şərait yarada biləcək. Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırması, Ermənistana enerji və kommunikasiya baxımından regional layihələrə qoşulmaq imkanı yaradacaq. Azərbaycan və Türkiyə vasitəsilə enerji dəhlizlərinə, gələcəkdə isə bəlkə də yaşıl enerji marşrutlarına qoşulmaq şansı Ermənistanın hazırda məhdud enerji təhlükəsizliyini də gücləndirən amilə çevriləcək. Bu, Ermənistan üçün uzun illərin blokadasından çıxış, Azərbaycanın liderliyi ilə reallaşan regional iqtisadi sistemə inteqrasiya və dayanıqlı inkişaf üçün yeni imkanlar əldə etməsi deməkdir".

Son xəbərlər