"Bakıdakı "Rus Evi"nin fəaliyyəti qanunvericiliyə uyğun olaraq dayandırılıb" - Nazir

Bakıdakı Rus Evinin fəaliyyəti qanunvericiliyə uyğun olaraq dayandırılıb - Nazir
Siyasət 50

Xarici işlər naziri Ceyhun Bayramov Bakıdakı "Rus Evi"nin bərpası ilə bağlı məsələyə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, nazir bu barədə ilin yekunlarına həsr olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən açıqlama verib.

C.Bayramov bildirib ki, Azərbaycanda "Rus Evi" qeydiyyatsız fəaliyyət göstərirdi və bu səbəbdən müxtəlif vaxtlarda müəssisəyə xəbərdarlıqlar edilmişdi.

"Digər pozuntular davam etdiyindən, Rus Evinin bağlanmasına qərar verildi və bu addım icra olundu. Hər hansı təsisat ölkədə fəaliyyət göstərmək istəyirsə, qanunvericiliyə uyğun olmalıdır. Heç bir halda birtərəfli qaydada fəaliyyətə icazə verilə bilməz," – deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi ilə ən son təmaslar bir neçə həftə əvvəl baş tutub və yarımçıq ləğv prosesləri mövcud idi. "Mənim məlumatımda göstərilənlərə əsasən, ləğv prosesi artıq tamamlanıb və həll edilməmiş məsələ qalmayıb," – C.Bayramov əlavə edib.

Son xəbərlər